AB-dən Rusiyaya qarşı növbəti sanksiya: Onların da adı var
26 baxış
Avropa Birliyi (AB) Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq edib.
Sozcu.az xəbər verir ki, bu barədə AB şurası məlumat yayıb.
Bildirillib ki, Rusiyanın Baş prokuroru Aleksandr Qutsan, keçmiş ombudsman Pavel Astaxov və Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondu da sanksiya siyahısına daxil edilib.
Avropa Birliyinin yenilənmiş siyahısına Rusiyadan və digər ölkələrdən olan 80-dən çox fiziki və hüquqi şəxs əlavə olunub.
AB bəyan edib ki, sanksiyalar Rusiya hakimiyyətini dəstəkləyən şəxs və qurumlara qarşı yönəlib. Siyahıya həmçinin Rusiya ilə sıx əlaqələr saxlayan ölkələrin şirkətləri və vətəndaşları da daxil edilib.



